21 Avqust 2019
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) iki gənc fəal - Səhlədar İsgəndərli və Vilayət Məmmədovun inzibati qaydada həbs edildiyi barədə məlumat yayıb. Hər iki gənc avqustun 20-də saxlanılıb, bu barədə Turan-a AXCP gənclər komitəsinin sədri Emil Səlim bildirib.
Onun sözlərinə görə, Məmmədov elə həmin gün 30 gün inzibati həbsə məhkum edilib. AXCP-də Məmmədovun konkret olaraq nədə ittiham olunduğunu bilmirlər. Amma həbsin onun Facebook-dakı yazıları ilə bağlı ola biləcəyini ehtimal edirlər, belə ki, saxlanıldıqdan sonra fəalın bir sıra nəşrləri silinib.
İsgəndərliyə gəlincə, o, 60 günlük həbs edilib. Onun da nədə ittiham olunduğu aydın deyil.
AXCP-də əmindirlər ki, İsgəndərlinin həbsi avqustun 19-da Bakının mərkəzində təkbaşına keçirdiyi etiraz aksiyası ilə bağlıdır. Səlimin sözlərinə görə, hər iki fəalın həbsindən şikayət veriləcək.
DİN-dən fəalların həbsi ilə bağlı şərh almaq mümkün olmayıb.