Gürcüstanın qərbində Xaşuri rayonunda artıq üçüncü gündür 70-ə yaxın dəmir yolu tuneli tikən fəhlə tətil edir.
Bu haqda Gürcüstanın "Gürcü Dəmiryolçularının Yeni Professional Birliyi" həmkarlar təşkilatının rəsmisi Vitaliy Qiorqadze mediaya bildirib.
Qiorqadzenin dediyinə görə, 40 km-lik Xaşuri-Zestafoni dəmir yolunun çəkilişini Çin dəmir yolu şirkəti həyata keçirir və burda işlər 2010-cu ildən başlayıb. Şirkət 2019-cu ilə kimi altı tunel tikməlidir və tunellərin çoxu artıq hazırdır.
"Orda 70 nəfər işləyir, onlar artıq üç güdür tətil edirdilər. İşçilərin nə istirahət günləri, nə bülletenləri, nə əlavə günlərə görə maaşları var, həmçinin işçilər əməyin təhlükəsizliyi ilə bağlı normalara əməl olunmamasından narazıdırlar. Dövlət inspeksiyası özü də Çin şirkətinə sanksiya qoyub" - deyə Qiorqadze jurnalistlərə məlumat verib.
Tətil edən işçilərin əsas tələbləri əməyin təhlükəsizliyinin təmin olunması və onların istirahət günlərinin, maaşlarının zamanında verilməsidir.
Qiorqadzenin sözlərinə görə, bu gün Çin dəmiryolu şirkəti ilə gürcü fəhlələr arasında danışıqlar nəticəsiz olub və 70-ə yaxın işçi işini ataraq gedib.