Gürcüstanın Azərbaycandan dizel yanacağı idxalını dayandıracağı deyilir.
Bu barədə bir neçə gün əvvəl Gürcüstanın Neft İdxalçıların Birliyi tərəfindən təşkil olunan seminarda bildirilib.
Məlumata görə, Gürcüstan dizel yanacağı Rusiyadan alacaq. Bildirilir ki, səbəb kimi 2020-ci ilin yanvarın 1-dən Gürcüstanda "Avro-4" standartlı dizel yanacağına qadağa qoyulması göstərilir.
Həmin tarixdən ölkədə yalnız "Avro-5" standartına cavab verən dizel yanacağından istifadə ediləcək.