Ermənistanda yeni qızıl yatağının işlənilməsi regionda su hövzələrini zəhərləyə bilər

Ermənistanda yeni qızıl yatağının işlənilməsi regionda su hövzələrini zəhərləyə bilər
21 Avqust 2019
Mətni dəyiş
Ermənistan höküməti axır ki Amulsar adlı qızıl yatağının işlənilməsinə razılıq verib. Bu haqda avqustun 19-da baş nazir Nikol Paşinyan xalqa videomüraciətində deyib. O bildirib ki, bu layihənin işlənilməsi deyildiyi kimi ətraf mühitə zərər vurmayacaq.  Bu haqda erməni mediası xəbər verir. Ancaq erməni müxalif fəallar və ekoloq-eskpertlər baş nazirin yalan danışdığını və qızıl yataqlarının region üçün dağıdıcı təsirlərə aparıb çıxaracağını deyirlər. Xatırladaq ki, Amulsar dağında qızıl yataqları 2006-cı ildə kəşf olunub. Bu ölkənin miqyasına görə ikinci qızıl yatağıdı. Mütəxəssislərin dəyərləndirməsinə görə adı çəkilən yataqda 31 milyon ton qızıl filizi və 40 ton təmiz qızıl var. Amulsar dağında qızıl yataqlarının işlənilməsini "Lydian Armenia" adlı ingilis-amerikan şirkəti həyata keçirir. Şirkət son on ildə kimi qızıl yatağına 400 milyon dollar investisiya yatırıb. Ermənistanın keçmiş prezidenti Ovik Abramyan isə Amulsar dağındakı qızıl yatağı layihəsini ölkəyə qoyulan ən böyük beynəlxalq investisiya proqramı adlandırıb. [caption id="attachment_81208" align="aligncenter" width="940"] Amulsar dağının Sevan gölündən görünüşü.[/caption] Ekoloqlar isə Amulsar dağının Arpa və Vorotan çaylarına, həmçinin Cermux mineral sularının, Sevan gölünə yaxın olmasının region üçün çox böyük ekoloji risklər yaradır. Çünki, ekoloqlar iddia edir ki, qızıl yataqlarının işlənilməsi üçün sianid natrium istifadə ediləcək və bu maddə işlədildikdən sonra çayların suyuna buraxılacaq, nəticədə ətrafdakı bütün su hövzələri zəhərlənəcək. Su hövzələrinin çirklənməsi isə suları içməyə və suvarmağa yarasız etməklə bərabər Cermux mineral sularına və Sevan gölünün ekosisteminə böyük zərbə vuracaq. Həmçinin müxaliflər və ekoloji aktivislər Amulsar mədəninin istismari layihəsinin əvvəlki hökümət tərəfindən təsdiqlənməsi faktını da qabardırlar. Ekoloqların fikrincə Ermənistanın əvvəlki, çoxlu qanunzusluqlara yol vermiş iqtidarı ətraf-mühitlə bağlı analizləri gözardı edərək mədənləri "Lydian Armenia" şirkətinə satıblar. Ekoloqlar mədənləri işlədəcək amerikan şirkətinin təhlükəsizlklə bağlı zəmanətlərini isə etibarsız və əsaslandırılmamış sayır. Keçən ilin yayında ekoloji aktivislət Amulsar qızıl yataqlarına gedən yolu bağlamış, yalnız bundan sonra yeni gəlmiş Paşinyan höküməti təzədən ekspertizalar keçirəcəyini vəd etsə də bunun heç bir effekti olmayıb. Dağda araşdırma aparan eksperlər bu il avqustun 15-də qrupu qızıl yataqlarının işlənilməsiin ətraf-mühitə elə də böyük zərər vurmayacağı rəyini verib. Elə həmin gün də ekoloji aktivistlər və sadə vətəndaşlar küçələrə çıxıb, etiraz edib. Avqustun 19-da da bənzər nümayişlər olsa da polis İrəvanın mərkəzini bağlamaq istəyən qrupu dağıdıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun