Hüquqşünas Emin Aslanın ölkədən çıxışına qoyulan qadağa götürülüb. Bu barədə saytımıza Emin Aslan özü məlumat verib.
Emin Aslanın sözlərinə görə, məsələ ilə bağlı ona məlumat verilməyib, yalnız o buna cəhd edəndən sonra qadağanın götürüldüyünü dəqiqləşdirə bilib.
Hüquqşunas ötən ilin iyulun 18-də Gürcüstana gedən zaman ölkədən çıxışına qadağa qoyulduğunu bilib. Ona Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilib.
"Bakı Beynəlxalq Hava Limanındaki sərhəd keçid məntəqəsinə yaxınlaşanda pasportumu yoxlayan sərhəd işçisi mənim ölkədən çıxışıma qadağa qoyulduğunu bildirdi. Detalları dəqiqləşdirərkən məlum oldu ki, ölkədən çıxışıma qadağa Daxili İşlər Nazirliyi tərəfindən qoyulub. Ölkəyə çıxışıma qadağa yeni deyil, belə ki, Amerikadan Bakıya qayıtdığım gün, 30 may 2018-ci ildə qoyulub".
Emin Aslan ABŞ-ın Sirakus Universitetində hüquq sahəsi üzrə təhsilini başa vuraraq Bakıya qayıdandan sonra mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
Ötən ilin iyunun 5-də Nərimanov Rayon Məhkəməsi hüquqşünasa İnzibati Xətalar Məcəlləsininin 535.1-ci (Polisin qanuni tələbinə tabe olmama) maddəsinə əsasən 30 sutka inzibati həbs cəzası verib.