Elina Hacıyevanın anası icra başçısının müavini ilə üzləşdirilib

Elina Hacıyevanın anası icra başçısının müavini ilə üzləşdirilib
12 Avqust 2019
Mətni dəyiş

162 saylı məktəbdən özünü atıb intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın anası Sevil Hüseynova ötən həftə Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova ilə üzləşdirilib.

Elina Hacıyevanın ailəsinin tələblərindən biri də Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova ilə üzləşmək idi. Çünki hadisədən sonra direktor məktəbə Xalidə Bayramovanı çağırmış, o da gəlib yaralı vəziyyətdə Elinanı sorğu-sual edərək, videoya çəkmişdi.

Zərərçəkmiş tərəfin Xalidə Bayramova ilə üzləşmə haqda vəsatəti əvvəl rədd edilsə də, bugünlərdə istintaq orqanı fikrini dəyişib və üzləşmə baş tutub.

Bakı şəhər Prokurorluğunda keçirilən üzləşmədə vəkillərin də iştirak etdiyi bildirilir.

Zərərçəkmişin vəkillərindən Emin İsayev də Azadlıq Radiosu-na xəbəri təsdiqləyib.

Vəkil bildirib ki, Sevinc Hüseynova təkcə Xalidə Bayramova ilə yox, məktəbin keçmiş direktoru, Elina Hacıyevanın ölümü ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilən Sevinc Abbasova ilə də üzləşdirilib:

“Amma üzləşmələrin detalları barədə heç bir məlumat verə bilməyəcəm. Çünki istintaq sirridir”.

Vəkilin sözlərinə görə, Elina Hacıyevanın anası hadisədən sonra Kliniki Tibbi Mərkəzdə onun müayinə və müalicəsinə məsul olmuş həkimlərlə də üzləşdirilib: “Amma həkimlərlə üzləşmə çoxdan olub”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun