Braziliyanın şimalındakı Amazon meşələrində geniş miqyaslı yanğınlar tüğyan etməkdədir.
Braziliya Kosmik Araşdırmalar İnstitutu cümə axşamı və şənbə günü boyunca 1663 yeni yanğının başladığını bəyan edib.
Braziliya Kosmik Araşdırmalar İnstitutunun bəyanatından dərhal sonra Braziliya prezidenti Bolsonaro Amazon meşələrindəki yanğınları söndürmək üçün orduya tapşırıqlar verib.
Rəsmi rəqəmlərə görə, Braziliyada 2019-cu ilin əvvəllərindən bəri 78 min 383 meşə yanğını baş verib. Bu rəqəm 2013-cü ildən bəri ən rekord göstəricidir.
Digər tərəfdən Amazon yanğınları və Bolsonaro hökümətinə etiraz məqsədiylə Avropa və dünyanın fərqli yerlərində etiraz mitinqləri keçirilib.
Fransanın Biarritz şəhərində başlayan G7 Zirvəsində görüşən avropalı liderlər, yanğınları beynəlxalq böhrana bərabər bir hadisə adlandırıb.
Avropa Birliyinin rəhbəri Donald Tusk G7 zirvəsində çıxışında deyib ki, Braziliya Amazon meşələrindəki yanğınları söndürmədikcə Avropa Latın Amerikası ölkələri ilə sərbəst ticarət razılaşmasını donduracaq, təsdiqləməyəcək.
D.Tusk həmçinin dünyanın ağciyərləri adlandırılan Amazon meşələrinin qlobal istiləşmədə rolunu da vurğulayıb.