BMT-nin insan haqqları üzrə ali kommisarı Mişel Baçelet ABŞ-ın Venesuelaya qarşı ABŞ-ın yeni qoyduğu sanksiyaları təndiq edib.
Baçelet bildirib ki, təməl ehtiyac duyulan məhsulların ciddi çatışmazlığı Venesuelada qıtlıq hökm sürür.
"Belə halda sanksiyalar insanların sağlamlıq və qidalanma haqlarını əllərindən alınmasına və bunun bədbəxt nəticələrinin ortaya çıxmasına səbəb olacaq".
Baçelet həmçinin sanksiyalardan Venesuelada gündəlik həyatın həddən artıq təsirlənəcəyini, əhalinin ən müdafiəsiz təbəqəsinə faciəvi təsir edəcəyini deyib.
İnsan haqqları üzrə ali komissar 2013-cü ildən 2018-ci ilə qədər keçən zaman içərisində Venesuelanın iqtisadiyyatının 47,6 faiz kiçildiyini də xatırladıb.
ABŞ prezidenti Donald Tramp avqustun 5-də bu ölkəyə tam iqtisadi embarqolar paketi imzalayıb.
Ağ Evin mətbuat katibliyi bəyan edib ki, artıq Venesuelanın ABŞ ərazisində olan bütün aktivləri dondurulub və həmin aktivlərlə bağlı istənilən iqtisadi əməliyyat qadağan olunub.