Bakının 6 rayonunda 17 qəzalı bina söküləcək [siyahı]

Bakının 6 rayonunda 17 qəzalı bina söküləcək [siyahı]
15 Avqust 2019
Mətni dəyiş

Nazirlər Kabineti 2019-cu ilin əvvəlində paytaxtda söküləcək qəzalı binalarla bağlı yekun qərar qəbul edib.

Bu barədə Bakı Şəhər Icra Hakimiyyətinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir ki, paytaxtın 6 rayonunun ərazisində kəskin qəzalı 17 bina var və bu binaların mərhələlərlə sökülməsi qərara alınıb.

"Həmin binaların sakinlərinə kompensasiyalar ödənilməklə köçürüləcək," mətbuat xidməti qeyd edib.

Kəskin qəzalı binalar Bakı şəhərinin Binəqədi rayonunda iki ünvanda yerləşir, - bunlar 8-ci mikrorayon, Ağasadıq Gəraybəyli küçəsi 41, Koroğlu Rəhimov küçəsi 53A ünvanındakı köhnə yaşayış binalarıdır. Digər bir bina Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi 150 ünvanında yerləşir. Səbail rayonunda 20-ci sahə, A.İsmayılov küçəsi 51 ünvanındakı binanın sökülməsi qərara alınıb. Sabunçu rayonunda isə yeddi binanın kəskin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Bunlar Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi 27, M.Rəsulzadə dalan 3, ev 2, B.Bünyadov küçəsi, 7A, 2 Aprel küçəsi, ev 8A, 2 Aprel küçəsi-18, D.Pişəvari küçəsi 13Q və 15 ünvanlarındakı köhnə tikililərdir. Suraxanı rayonu ərazisində dörd binanın kəskin qəzalı olması barədə rəy verilib. Bunlar Suraxanı rayonu Park küç-32, S.Bəhlulzadə dön-17 ev- 15, İ. Məmmədov küçəsi 6 və 8 ünvanlarındakı kəskin qəzalı binalardır. Xətai rayonunda General Şıxlinski küçəsi 42 ünvanında yerləşən bir bina kəskin qəzalı olması səbəbilə söküləcək.

Məlumatda deyilir ki, həmin binalarda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmadığı üçün sakinlərin köçürülməsi barədə qərar qəbul edilib və köçürülmə prosesi mərhələli şəkildə davam etdiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun