Avqustun 10-12-də Azərbaycanda müsəlman bayramlarından biri - Qurban bayramı qeyd olunur. Bayramdan öncə zəvvarların Həcc ziyarəti olur.
Bayram günlərində iri və xırdabuynuzlu heyvan (çox vaxt qoyun) kəsilir və aztəminatlı ailələrə (yeddi ünvan) paylanılır.
Azərbaycanda bu bayram günləri qeyri-iş günləridir. Ölkənin bütün məscidlərində bayram ibadətləri keçirilir.
Şəhər rəhbərliyi qurbanlıq heyvanın kəsilməsi üçün lazımi normalara cavab verən xüsusi yerlər ayırıb.
Hər kəs burada qurbanlıq heyvanı kəsə və ya bu iş üçün ayrılmış şəxslərə kəsdirə bilər.