Almaniyanın qərbindəki Saksoniya əyalətinin Çemnitz şəhərində 2018-ci ildə ultra sağçıların təşkil etdiyi mitinqlərdən sonra araşdırmaya başlayan polis sağçıların öz aralarında yazışmalarını ortaya çıxarıb.
Saksoniya Təhlükəsizlik Xidmətinin bəyanatına görə, fəallar öz aralarında yazışmlarda təşkilatlanaraq "qaçqın ovuna" çıxmağı hədəfləyiblərmiş.
Polis Çemnitzdəki mitinqlərdə ifrat sağçıların mühacir mənşəli, mühacir olma ehtimallı və jurnalist kimlikli insanları əvvəlcədən hədəfləyərək onlara qarşı zorakılıq etməyi planlayıblar.
Saksoniya polisinin təhqiqatları nəticəsində hazırlanan hesabat "Süddeutsche Zeitung" və NDR radiosunda yayımlanıb.
Xəbərə görə, ifrat saçğılar öz aralarında "qaçqın ovu"nu "əcinnə ovu" ilə əvəz ediblər. Xatırladaq ki, ifrat sağçıların 2018 mitinqləri həddsiz zorakılıqlarla müşayət olunmuş, xeyli adam yaralanmışdı.
"Avqustun 26-sı ilə 28-i arası ifrat sağçıların mesajlaşmalarında işlədilən "əcinnə ovu" ifadəsi sonrakı mesajlarda daha da aydınlaşıb, "əcnəbi döymək istəyənlərə" başlıqlı çağırışlar yazılamağa başlayıb", - deyə polisin bəyanatında bildirilib.
Polis ifrat sağçı qruplardan olan 'Revolution Chemnitz' adlı qrupun başçısı Kristian K. adlı birinin insanları ayağa qaldırıb, mitinqlərə səslədiyini yəqin edib. Onun haqqında cinayət işi qaldırılıb.