"Ukraynadakı vəziyyət və Solsberi insidenti Rusiyanın G7-yə daxil olmasını mümkünsüz edir".
B sözləri Almaniya kansleri Anqela Merkel Britaniya baş naziri Boris Consonla birgə keçirdiyi mətbuat konfransında deyib.
Həmçinin, Anqela Merkel Rusiya prezidenti Valdimir Putinin Minsk sazişi çərçivəsində razılaşmalara əməl etməsini irəliyə doğru addım saysa da, Rusiyanın G7-dən çıxması səbəbi, yəni Krımın işğalı məsələsi olduğu kimi qaldıqca, Rusiyanın "Böyük yeddilik" ölkələri arasına daxil olmağını mümkünsüz adlandırıb.
İngiltərə baş naziri Conson da Merkelin mövqeyini dəstəkləyib. O deyib ki, İngiltərənin Solsberi şəhərində rus xüsusi xidmət orqanlarının Serqey Skripalovu kimyəvi zəhərlə zəhərləməsi və Ukraynanın şərqində Rusiyanın seperatçı fəaliyyəti bu ölkənin "Böyük yeddiliyə" daxil olmasına imkan vermir.
ABŞ prezidenti Donald Tramp Fransada avqustun 24-dən 26-na kimi keçiriləcək G7 sammiti öncəsi Rusiyanın da sammitə qaytarılmasını təklif etmişdi. Ancaq əksər G7 üzvləri bu təklifə isti yanaşmayıblar.