1 Avqust 2019
Mətni dəyiş
ABŞ mətbuatı Əl-Qaida terror təşkilatının keçmiş lideri Usama ben Ladenin oğlu Həmzə Ben Ladenin öldürüydüyü xəbərini yayıb. Bu haqda NBC televiziyası xəbəri üç amerika dövlət rəsmisindən dəqiqləşdirdikdən sonra yayıb.
Həmzə ben Ladenin nə zaman və harada öldürüldüyü haqda isə heç bir dəqiq məlumat verilməyib. "New York Times" qəzeti iki amerikan dövlət məmuruna istinad edərək ben Ladeninin bundan öncəki iki il ərzində ABŞ təhlükəsizlik qüvvələrinin iştirak etdiyi bir əməliyyatda öldürüldüyünü bəyan edib.
Bu haqda ABŞ prezidenti Donald Trampa da jurnalistlər sual veriblər, Tramp deyib ki, "Bu mövzuda heç bir şərh vemrək istəmirəm".
Xatırladaq ki, bu ilin fevral ayında ABŞ Həmzə ben Ladenin tutulması üçün bir milyon dollar mükafat təyin etmişdi. ABŞ Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə Usama ben Ladenin 20 uşağından 15-cisi olan Həmzə Əl-Qaida liderliyinə namizədlərdən biridir.