Sudanda 30 il iqtidarda qalan və keçən il apreldə xalq etirazlarından sonra ordunun gücü ilə hakimiyyətdən uzaqlaşdırılan 75 yaşlı Ömər Əl-Bəşir korrupsiya ittihamı ilə ilk dəfə məhkəmə qarşısına çıxıb.
Sudan ordusunun məlumatına görə, Ömər Əl Bəşir həbs olunarkən iqamətgahında aparılan axtarış nəticəsində üç fərqli valyutadan ümumilikdə 113 milyon dollar pul ələ keçirilib.
Sudanın baş prokurorluğu keçən il may ayında Əl Bəşirə qarşı iqtidarının son dövründə ona qarşı ayağa qalxmış müxalifət üzvlərinə qarşı silah işlətməyə əmr vermək ittihamları da irəli sürülüb.
Həmçinin, Ömər Əl Bəşir haqqında soyqırım törətməklə bağlı beynəlxalq məhkəmənin qərarı var.
BMT-nin məlumatlarına görə 2003-cü ildən bu yana Sudanın Darfur bölgəsində baş verən mitinqlərdə 300 minə yaxın insan öldürülüb.
Ömər Əl Bəşirin devrilməsindən sonra iqtidarı ələ alan hərbçilər mitinqləri təşkil etmiş sivil fəallarla ortaq şura yaratmaq haqda razılaşma əldə ediblər.
Razılaşmaya görə, hal-hazırda ölkəni idarə edən şuranın 11 üzvünün altısı vətəndaş fəalı, beşi isə hərbçilərdir.