Zaqatalanın Əliabad qəsəbəsində 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılova intihar edib.
Məlumata görə, 17 yaşlı qızın meyiti yaşadığı evin həyətindəki tövlədə kəndirlə asıldığı vəziyyətdə tapılıb.
Yaxınlarının bildirdiyinə görə, Gülər İsmayılovanın iyulun 31-də nişanı olacaqdı, lakin bir gün öncə intihar edib. Bu, G.İsmayılovanın intihar etməsinin səbəbi kimi qeyd edilir.
Yerli mətbuatın əldə etdiyi mətbuata görə, qızın intiharına səbəb onun məcburi şəkildə istəmədiyi şəxslə evləndirməyə çalışmaları olub.
İntihardan öncə 17 yaşlı qız sosial şəbəkədə göz yaşları içində son videosunu paylaşıb.
Rəsmi açıqlamaya görə, faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.