Əli Həsənovun qanlı qəza törətmiş nəvəsi cəmi il yarım sonra azadlığa buraxılıb

Əli Həsənovun qanlı qəza törətmiş nəvəsi cəmi il yarım sonra azadlığa buraxılıb
9 Avqust 2019
Mətni dəyiş
Baş nazirin müavini Əli Həsənovun nəvəsi, törətdiyi yol qəzasıyla iki nəfərin ölümünə səbəb olmaqda suçlanan 24-yaşlı Nail Allahverdiyev azadlığa buraxılıb. Bu barədə Ali Məhkəmədə Hafiz Nəsibovun sədrlik etdiyi hakimlər kollegiyası qərar çıxarıb. Ötən il noyabrın 14-də çıxarılmış qərar mediaya bu günlərdə sızdırılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 2017-ci il dekabrın 19-da N.Allahverdiyevə ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanmaqla 6 il həbs cəzası kəsmişdi. Bakı Apellyasiya Məhkəməsi 2018-ci il avqustun 2-də N.Allahverdiyevin həbsdə olduğu müddəti çıxmaqla, onun üzərində 4 il 3 günlük cəza saxlayıb. Həmçinin cəzaçəkmə rejimi də dəyişdirilib - Nailin ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsinə qərar verilib. Rəsmi sənədlərə görə, bundan sonra N.Allahverdiyev 13 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Bu rejimdə cəza çəkmək məhkum üçün daha asan və rahatdır. Cəzaların İcrası Məcəlləsinin 119.3 maddəsində yazılıb ki, məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan məhkum müəssisə rəhbərliyinin icazəsiylə, sutkada 12 saatdan çox olmamaq şərtiylə kənarda nəzarətsiz gəzə də bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun