Vəkil Elçin Sadıqov "Xebermen.com" və "Press.az" saytlarının rəhbəri Polad Aslanovun hüquqlarını müdafiə etdiyinə görə istintaq tərəfindən təzyiqlərə məruz qaldığını bildirib.
Onun sözlərinə görə, əvvəlcə jurnalisti müdafiə etməməyi üçün xəbərdarlıq olunub.
"Onun yenidən dindirilməsi barəsində vəsasət qaldırdıqdan sonra bu gün istintaqın rəhbəri məni hədələdi və təhdid etdi".
Vəkil qeyd edib ki, ölkə rəhbərliyinə yazılı müraciət göndərəcək və onun müstəqil, təhlükəsiz fəaliyyətinin təmin olunmasını xahiş edəcək.
Polad Aslanov iyunun 12-də Biləsuvar rayonunda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır.
Yerli və beynəlxalq təşkilatlar P.Aslanova qarşı cinayət təqibini pisləyiblər və hesab edirlər ki, həbsin əsl səbəbi onun jurnalist fəaliyyətidir.