İyulun 21-də Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedovun ölümü haqda yayılmış xəbərlər həqiqətə uyğun deyil.
Bu haqda Türkmənistanın Rusiyadakı səfirliyi TASS xəbər agentliyinə açıqlama verib. Səfirliyin mətbuat katibinin sözlərinə görə, yayılan məlumatlar tamamilə yalandır, dövlət bu xəbəri inkar edir.
Maraqlısı odur ki, xəbəri ilk dəfə iyunun 21-də Türkmənistanın ölkədən kənardakı müxalif və müstəqil mediaları "Turkmenistanın Hronikası", "TurkmenNews", Azadlıq Radiosunun Türkmən xidməti deyil, məhz siyasi satiraları ilə məşhur olan "Erkin Turkmenistan" adlı youtube kanalı yayıb.
Kanal prezidentin ölümü ilə bağlı matəm videosu yayıb, onun kəskin böyrək çatışmazlığından məhz Almaniyada öldüyünü bildirirdi.
Məlumatlar nə vaxtdan yayılırdı?Ancaq 62 yaşlı Türkmənistan prezidentinin ölümü haqda şayiələr iyunun 20-dən etibarən hər gün rus və regional KİV-lərdə tez-tez ortaya çıxıb.
Azadlıq Radiosunun türkmən xidməti də bir neçə gün öncə Berdimuxammedovun ölümü haqda xəbərlər almış, ancaq onu nə ölkə daxilində nə də xaricdəki rəsmi mənbələrdən dəqiqləşdirə bilməmişdi.
Dünən, iyulun 21-i axşama doğru isə Türkmənistanın Qırğızıstandakı, Rusiyadakı səfirlikləri prezidentin ölüm xəbərini təkzib ediblər. Bunun ardınca isə dünən axşam saat 21:00-da Türkmənistan dövlət televiziyasındakı "Vatan" adlı proqramda prezidentin kadrlarını göstəriblər.
Dövlət televiziyaları köhnə kadrları yayıb?Ancaq müstəqil jurnalistlərin sözlərinə görə, kadrlar prezidentin bir neçə gün öncə tətilə çıxması zamanı çəkilib, yeni deyil.
Qurbanqulu Berdımuxammedov 2006-cı ilin dekabr ayında əvvəlki prezident Saparmurad Niyazovun ölümü ilə hakimiyyətə gəlmişdi.
O vaxtdan Berdımuxammedov öz ölkəsində sərt diktatura və şəxsiyyət kultu yaradıb, özünə Arkdaq (Arxadağ) - yəni bütün türkmənlərin qoruyucusu ləqəbini götürüb.
Öz yerinə hazırladığı oğluSon bir neçə ayda prezident mütəmadi olaraq yoxa çıxır və buna görə onun ağır xəstə olması ilə bağlı şayiələr yayılmağa başlayıb.
Prezidentin özündən sonra yerinə hazırladığı 37 yaşlı oğlu Sərdar Berdimuxammedov var. O, keçən ay Türkmənistanın Axal vilayətinin hakimi vəzifəsinə gətirilib.
İyulun 21-də "Türkmenistanın Hronikası" adlı mühacir türkmən mediası məlumat yaymışdı ki, prezidentin anası Oğulabat Berdimuxammedova ağır vəziyyətdədir və hal-hazırda Almaniyada müalicə olunur.