Şri-Lanka 43 ildən sonra edam cəzasını geri qaytarır

Şri-Lanka 43 ildən sonra edam cəzasını geri qaytarır
1 İyul 2019
Mətni dəyiş
Şri-Lankada edam cəzalarının tətbiqinə yenidən başladılması üçün ilkin addımlar atılıb. Bu haqda Şri-Lankanın yerli mətbuatı paytaxt Kolombodakı həbsxanalarından birinin rəhbərliyinə istinadən xəbər verir. Mətbuat məlumat verir ki Şri-Lanka höküməti edam üçün artıq işçilər də götürüb. Bundan öncə son dəfə ölkədə edam cəzaları 43 il öncə baş verib.  Şri-Lanka prezidenti Maithripala Sirisena keçən həftə narkotika ittihamı ilə həbs olunmuş dörd nəfərin edam cəzasını təsdiqləmişdi. Şri-Lanka hökümətinin bu cürə addımı beynəlxalq aləmin etirazına səbəb olub. Avropa Birliyinin bəyanatında deyilir ki, Şri-Lanka keçən il BMT-də edam cəzalarının qadağan edilməsini davam etdirəcəyinə söz versə də, sözə əməl etməyib. Şri-Lankada son edam cəzası 1976-cı ilin sentyabr ayında tətbiq edilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun