9 İyul 2019
Mətni dəyiş
Agentliyin səlahiyyətlərinin icrasına başladığı tarixdən etibarən 1003 nömrəli "Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən istehlakçı hüquqlarının pozulması və digər xarakterli ümumilikdə 17 241 müraciət daxil olub.
Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Q.Təhməzli bildirib ki, onların 359-u qida zəhərlənmələri ilə bağlı şikayətlər olub:
“Agentliyin əməkdaşları tərəfindən operativ qaydada araşdırmalar nəticəsində 167 qida zəhərlənməsi faktı öz kliniki təsdiqini tapıb, 403 qida zəhərlənməsinə məruz qaldığı müəyyən edilib. Zərərçəkənlərdən 2-si vəfat edib. Qida təhlükəsizliyi nəzarəti sahəsində Agentlik tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin çıxarış almaqla 277 planlı 302 plandankənar olmaqla ümumilikdə 579 yoxlama aparılıb və 390 iş üzrə inzibati tənbəhvermə haqqında qərar qəbul edilib. İnzibati tənbəhvermə haqqında qərarlardan 5-i şərti cərimə, 22-i xəbərdarlıq, 363-ü isə inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilib və 9850 manatlıq şərti cərimə olmaqla, 280100 manat cərimə tətbiq edilib".
Agentlik sədrinin sözlərinə görə, qurum tərəfindən idxal və ixrac əməliyyatları zamanı 63926 fitosanitar sertifikat və icazə sənədi, 20830 qida təhlükəsizliyi sertifikatı, 12989 baytarlıq sertifikatı və digər icazə sənədləri verilib:
“Planlı və plandankənar yoxlamaların statistikasına əsasən, sözügedən dövrdə ölkə ərazisində ümumilikdə 743 sayda planlı və plandankənar yoxlamalar həyata keçirilib. Agentliyin fəaliyyət göstərdiyi 1 il ərzində ixrac zamanı aparılan nəzarət tədbirləri hesabına məhsulların idxalçı ölkələr tərəfindən imtina halları əhəmiyyətli dərəcədə azalıb, fındıq məhsullarının Avropa İttifaqı tərəfindən 7 dəfə idxaldan imtina halı müşahidə edilib. Halbuki 2017-ci ilin yanvar ayından Agentlik fəaliyyətə başladığı tarixədək bu cür imtina hallarının sayı 36 idi".