Şahmatçı Şəhriyar Məmmədyarov erməni həmkarı ilə heç-heçə qalıb

Şahmatçı Şəhriyar Məmmədyarov erməni həmkarı ilə heç-heçə qalıb
1 İyul 2019
Mətni dəyiş
Erməni qrossmeyster Levon Aronyanla azərbaycanlı həmkarı Şəhriyar Məmmədyarov iyunun 30-da növbəti dəfə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində "Grand Chess Tour" yarışmasının beşinci turunda görüşüblər. Bu haqda "Sputnik" radiosunun erməni xidməti məlumat yayıb. Məlumata görə Məmmədyarovla Aronyan arasında oyun heç-heçə bitib. Hal-hazırda erməni şahmatçının 2,5 xalı var və o 4-8-ci yerlərdən birini tutacaq. Bundan sonra Məmmədyarov amerikalı şahmatçı Uesli So ilə qarşılaşacaq. Turun digər oyunlarında norveçli dünya çempionu Maqnus Karlsen amerikalı Hikaru Nakamura, çinli Dinq Liren rusiyalı Yan Nepomnyaşi, fransalı Maksim Vaşe-Laqrav amerikalı Fabiano Karuana, hollandiyalı Aniş Giri hindistanlı Vişvanatan Anand, ermənistanlı Levon Aronyan rusiyalı Sergey Karyakin ilə üz-üzə gələcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun