Rusiya orta mənzilli nüvə raketlərinin qadağası ilə bağlı razılaşmadan çıxdığını bəyan edib

Rusiya orta mənzilli nüvə raketlərinin qadağası ilə bağlı razılaşmadan çıxdığını bəyan edib
3 İyul 2019
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putin orta mənzilli nüvə raketlərin ləğvi ilə bağlı razılaşmadan rəsmi olaraq imtina etmək haqda qanunu imzalayıb. Qanun bu gün, iyulun 3-də Rusiya Qanunvericiliyinin yayımlandığı portalda dərc olunub. Bu haqda Rusiya höküməti raket razılaşmasından çıxmaq niyyətini may ayının sonlarında bəyan etmişdi. Bu ilin iyun ayında isə Rusiya Dövlət Dumasının Federasiya Şurası yeni qanunu təsdiqləyib. Xatırladaq ki, bundan öncə ABŞ raket razılaşmasından çıxdığını bəyan etmişdi. Vaşinqton bu qərara Rusiyanın razılaşmanı pozmasına görə gəldiyini bəyan etmişdi. Moskva ABŞ-ın ittihamlarını inkar etmişdi, o ABŞ-dan razılaşanı pozduğu haqda faktlar göstərməyi istəmişdi. Putin ABŞ-ın bu hərəkətini şərh edərkən deyib ki, ABŞ hökümətini razılaşmanın bəndlərinə əməl etməyə vadar etmək istəyib. Putinin sözlərinə görə o hətta ABŞ-a alternativ kimi raket əleyhinə müdafiə ilə bağlı birgə layihə həyata keçirməyi təklif edib, amma Vaşinqton bundan imtina edib. Nüvə raketlərinin qadağası isə bağlı razılaşma 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan ilə SSRİ lideri Mixayıl Qarbaçov arasında əldə olunmuşdu. Razılaşma görə Rusiya və ABŞ-a öz arsenallarından 500 ilə 5500 km uzaqlığa atıla bilən orta mənzilli raketləri saxlamağı qadağan edirdi. Razılaşma dənizdən atılan raketlərə aid deyildi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun