Rusiya müxalifətinin liderlərindən biri Aleksey Navalni keçən həftə 30 sutkalıq həbs olunandan sonra dünən həbsxananın müalicə bölməsinə köçürülüb.
Bu haqda müxalif "Dojd" telekanalı xəbər yayıb. Məlumata görə, müxalifət liderində kəskin zəhərlənmə simptomları var.
Həkimlər Navalnının kimyəvi maddə ilə gözlərinin xəsarət aldığını deyiblər. Müxalif lideri müayinə edən həkimi Anastasiya Vasilyeva facebook hesabında yazıb.
Onun sözlərinə görə, siyasətçinin dərisi və gözünün naməlum kimyəvi maddə ilə toksik zəhərlənməyə məruz qaldığı istisna edilmir.