Alimlər iqlim dəyişikliyinin arxeoloji qalıqlar üçün də zərərli ola biləcəyi qənaətinə gəlib.
Danimarkaya məxsus Qrenlandiya adasında aparılan tədqiqatlar nəticəsində məlum olub ki, qlobal istiləşmə üzündən buz altından çıxan ağac, sümük və DNA örnəkləri çürüməyə başlayır.
İngiltərədə çap olunan həftəlik "Nature" dərgisinin verdiyi xəbərə görə havaların isinməsi, yağış sularının temperaturunu da artırır.
Yağışla birlikdə torpağa daxil olan isti yağış suları torpağı da qızdırır. Beləcə torpaq altında həddən artıq soyuqda on min illər boyu dəyişmədən saxlanılan arxeoloji qalıqların ətrafındakı buz əriməyə başlayır.
2016-cı ildən bəri Qrenlandiyanın şimalında və cənubunda 7 bölgədə qlobal istiləşmənin təsirlərini araşdıran arxeoloq Yurqen Hollesen Vikinqlərin vətəni olaraq bilinən bu yerlərdə 2500 illik saç, tük və ət qalıqları tapıb.
Hollesen iqlim dəyişikliyiylə temperaturun 2,6 dərəcə artması ucbatından 80 il içində torpaq altındakı arxeoloji qalıntıların 30-70 faizinin xarab olacağına inanır.
Bənzər vəziyyət Cənub Qütbündə də hakimdir. O ərazidə 180 mindən çox arxeoloji bölgə ortaya çıxarılıb.
ABŞ-ın Alyaska əyalətində də istiləşmənin üzündən əriyən buzlar əvvəl donmuş vəziyyətdə olan yüzlərlə arxeoloji qalığı meydana çıxarıb.