İyulun 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.
Mərasimdə birinci vitse-prezidenti Mehriban Əliyeva və yeni təyin olunan DTX rəisi Əli Nağıyev də iştirak edib.
Birinci vitse-prezidentin tədbirdə iştirak etməsinin bir səbəbi də prezidentin oğlu Heydər Əliyevin hərbi xidməti başa vurması ilə bağlı olub.
Mərasimdə general-leytenant Əli Nağıyev təxris olan əsgərləri fəxri fərmanlarla təltif edib.