Polşada 26 yaşadək şəxslər gəlir vergisi ödəməyəcək. Polşa radiosu xarici xidmətinin məlumatına görə, ölkənin Maliyyə nazirliyi belə bir layihə qəbul edib.
Polşa maliyyə nazirinin müavini Petr Novak bildirib ki, gəncələr bunun böyük təsirini hiss edəcəklər.
“Bu olduqca böyük bir imtiyazdır. Çünki minimum-məsələn 530 avro əməkhaqqı alanlar, ildə 375 avro qənaət edə biləcək. Bu faktiki 13-cü əməkhaqqı deməkdir”,nazir müavini bildirib.
O qeyd edib ki, yüksək maaş alanlar isə daha çox qənaət edə biləcək.
“Məsələn orta-1120 avro maaş alan şəxs, ildə 1080 avro qənaət edə biləcək. Bu isə demək olar ki, 13-cü əməkhaqqından çoxdur.Bu baxımdan bu ölkədə çox inqlabi bir dəyişiklikdir”, Novak deyib.