ABŞ-ın Nyu-York məhkəməsi 62 yaşlı meksikalı narkobaron "El Chapo" ləqəbi ilə tanınan Joaquin Guzman-ı ömürlük həbsə məhkum edib.
Bu barədə Associated Press agentliyi məhkəmədən xəbər verib. Məlumata görə, narkobaron ABŞ-da kokain alverində, qanunsus silah saxlama və qətllərin təşkilində ittiham olunur.
Narkobaron 2016-cı ildə Meksikada tutulub, bir ildən sonra isə ABŞ-a verilib. Guzman Meksikadakı “Sinaloa” bölgəsinə bağlı olan və oranın adını daşıyan, narkotik alveri ilə məşğul olan kartelin rəhbəridir.
Onun ABŞ-da narkotik satışından əldə etdiyi illik gəlir 320 milyon dollardan çox olub.
“Forbes” jurnalı onu dünyada ən nüfuzlu adamlardan biri adlandırıb, o faktiki təkbaşına ABŞ-ın bütün kokain bazarına nəzarət edə bilib.
Məşhur narkobaron həbsxanadan necə qaçıb?
El Chapo bundan əvvəl Meksikada da mühakimə olunub, amma iki dəfə xüsusi mühafizə olunan həbsxanadan qaçıb.
Birinci dəfə 2001-ci ildə “Puente-Qrande” həbsxanasından qaçıb. Həmin vaxt onun qaçışında təxminən 80 adam iştirak edib.
İkinci dəfə isə 2015-ci ildə Meksikada ən güclü mühavizə olunan ciddi rejimli həbsxanadan qaçıb.
Keçmiş terrorçu Usama Bin Laden 2012-ci ildə öldürüldükdən sonra ABŞ Guzman-ı 1 nömrəli cinayətkar elan edib. Narkobaron həmin vaxt kamerasına çəkilmiş 1500 kilometrlik tunellə qaçmışdı.