Musavatçı gənclər İran səfirliyi önündə etiraz aksiyası keçirib [video]

Musavatçı gənclər İran səfirliyi önündə etiraz aksiyası keçirib [video]
17 İyul 2019
Mətni dəyiş

Müsavat Partiyası Gənclər Təşkilatının bir qrup üzvü iyulun 17-də İranın Bakıdakı səfirliyinin önündə aksiya keçirməyə cəhd edib. Aksiya İran və Ermənistanın birgə silah istehsalına etiraz olaraq keçirilib.

Lakin polis etirazçıları "İçərişəhər" metro stansiyasının yanında saxlayıb.

Partiyanın Gənclər Təşkilatının sədri Elman Quliyev saxlanılaraq naməlum istiqamətə aparılıb.

Həmçinin Razi Əmiraslanov, Tofiq Yaqublu, Ayxan Hacıbəyli, Arzuman Bulud, Əzim Məmmiyev, Rəhim Yaqublu, Qədir Nağıyev saxlanılıb.

10-dan çox adam Səbayel Rayon Polis İdarəsinə aparılıb.

Piketin qətnaməsində İran hökumətinə tələblər irəli sürülüb. Tələblərin sırasında Ermənistanla hərbi əməkdaşlıqdan imtina etmək, birgə silah istehsalına dair müqaviləni ləğv etmək, İranda təqib edilən azərbaycanlı fəalları azad etmək var.

E.Quliyevdən başqa saxlanılan digər şəxslər sonradan buraxılıb.

Azərbaycan hakimiyyətindən bu hərəkətə adekvat münasibət bildirmək tələb edilib.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti hakimiyyəti piketə icazə verməmişdi.

https://www.facebook.com/100010250138975/videos/897921480559515/

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun