Müdafiə naziri cəbhəyanı hərbi hissələri yoxlamağa gedib

Müdafiə naziri cəbhəyanı hərbi hissələri yoxlamağa gedib
25 İyul 2019
Mətni dəyiş
Azərbaycan Respublikasının Prezidentinin tapşırığı ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələri yoxlamaq məqsədilə cəbhəboyu zonada səfərdədir. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə nazirinə əməliyyat şəraiti barədə məruzə edilib. Sonra general-polkovnik Z. Həsənov bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayıb, düşmənin ön mövqelərini müşahidə edib. Müdafiə naziri bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. Sonda nazir çay süfrəsi arxasında şəxsi heyətlə söhbət aparıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun