Moskvada mitinqdə iştirak etdiyinə görə 40 nəfərə həbs cəzası verilib

Moskvada mitinqdə iştirak etdiyinə görə 40 nəfərə həbs cəzası verilib
30 İyul 2019
Mətni dəyiş

Dünən, iyulun 29-da Moskva məhkəməsində 40 nəfər mitinq iştirakçısına həbs verib. Mitinqçilər iyulun 27-də aksiya zamanı saxlanılıblar.

Həbs olunan 39 nəfər kişi və bir nəfər qadına 3 sutkadan, 30 sutkaya qədər iş verilib.

Həbs olunanlar arasında Moskva dumasında deputatlığa namizəd İlya Yaşin, İvan Jdanov, Aleksandr Solovyev, Konstantin Yankauskas, siyasətçi Vladimir Milov da olublar.

Siyahını "OVD-İnfo" adlı hüquq-müdafiəsi təşkilatı yayıb. Təşkilatın məlumatlarına görə, ümumilikdə mitinqlərdə iştirak etmiş 79 nəfər yarım milyon rubla qədər cərimələnib.

Moskvada iyulun 27-də ümumilikdə 1300-dən çox adam həbs olunmuşdu. Həbslər zamanı OMON və Rosqvardiya üzvləri böyük amansızlıq göstərərək sivil etiraz edən vətəndaşları dəyənəklərlə döymüşdü.

Onlarca insan xəsarət almışdı. Mitinqlərdən sonrakı gün 700-dən çox insan həbsdən buraxılmış, 265 insan isə polis idarələrində iki gecə saxlanılmışdı.

İyulun 27-də Rusiya müstəqil namizədlərin Moskva şəhər dumasına seçkilərdən iştirakına icazə verilməməsinə qarşı mitinq olmuşdu.

Minlərlə nümayişçi Moskva şəhər seçki komissiyasından müstəqil namizədləri seçkiyə buraxmağı tələb edirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun