24 İyul 2019
Mətni dəyiş
Prezident İlham Əliyev "Məhkəmələr və hakimlər haqqında" qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Azərtacın məlumatına görə, sənədə əsasən, məhkəmə hakimlərinin maaşları artırılıb.
İyunun 27-də "Məhkəmələr və hakimlər haqqında" qanun layihəsi Milli Məclisin iyunun 27-də keçirilən növbədənkənar sessiyasının iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
- Ali Məhkəmə sədrinə Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində, yəni 2475 manat (əvvəl 2280 manat idi);
- Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində;
- Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində;
- Digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində;
- Bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;
- Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;
- Bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib