Məhkəmə hakimləri korrupsiyaya görə vəzifədən çıxarılıb, amma başqa işə keçiriliblər

Məhkəmə hakimləri korrupsiyaya görə vəzifədən çıxarılıb, amma başqa işə keçiriliblər
14 İyul 2019
Mətni dəyiş

İyulun 12-də Məhkəmə-Hüquq Şurasının iclasında qanun pozuntularına görə bir neçə hakim vəzifəsindən kənarlaşdırılıb. 

Rəsmi məlumata görə, iclasda qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol vermiş bir sıra hakim intizam məsuliyyətinə cəlb edilib.

Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri Natiq Abbasovun və hakimi Kamil Rzayevin, Göygöl Rayon Məhkəməsinin hakimi Rafiq Məmmədovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərarlar çıxarıldığı bildirilir.

Məhkəmə-Hüquq Şurası vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi funksiyalarını həyata keçirən orqandır.

Ədliyyə naziri Fikrət Məmmədovun sədrlik etdiyi quruma Ramiz Rzayev (Ali Məhkəmənin sədri), Fuad Ələsgərov (Prezident Administrasiyasının şöbə müdiri), Ziyafət Əsgərov (Milli Məclis sədrinin birinci müavini) və başqa şəxslər daxildir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun