Məhkəmə Azər Qasımlıya qoyulan səfər qadağasını qanunsuz sayıb

Məhkəmə Azər Qasımlıya qoyulan səfər qadağasını qanunsuz sayıb
13 İyul 2019
Mətni dəyiş

İyulun 12-də Nəsimi Rayon Məhkəməsi REAL Partiyası Milli Məclisinin rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağanın götürülməsi barədə qərar qəbul edib.

Bu barədə A.Qasımlı özü məlumat yayıb. Onun sözlərinə görə, hakim Babək Pənahovun sədrliyilə məhkəmə çəkişməsi cəmi 3 dəqiqə davam edib.

Hakim üç il öncə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən qoyulan qadağanı götürüb.

A.Qasımlı bildirib ki, məhkəmə prokurorluğun qadağasını "qanunsuz" adlandırıb.

"Bu, həmin iş üzrə beşinci proses idi. Hər dəfə prokurorluğun nümayəndələri məhkəmə gəlmirdilər. Onlar bu gün də gəlmədilər. Lakin hakim prosesi keçirməyi qərara aldı. Məhkəmənin qərarı məni yaxşı mənada təəccübləndirdi".

Siyasətçinin sözlərinə görə, prokurorluq qadağanı guya onun adının keçdiyi hansısa cinayət işi ilə əsaslandırmışdı, lakin prokurorluqda bu işin nə zaman və hansı məqalə üzrə başlandığını dəqiqləşdirmək mümkün olmayıb.

2018-ci ilin dekabrında AİHM xarici səfərlərə qadağa ilə bağlı A.Qasımlının şikayətini təmin edib. Lakin AİHM-in qərarı indiyədək yerinə yetirilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun