İrlandiyalı futbolçu Bakıda polis təzyiqi ilə üzləşdiyini deyir

İrlandiyalı futbolçu Bakıda polis təzyiqi ilə üzləşdiyini deyir
31 İyul 2019
Mətni dəyiş

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün Bakıda “Qarabağ”la qarşılaşacaq İrlandiyanın “Dandalk” klubunun iki futbolçusu “Bulvar”da polis müdaxiləsinə məruz qaldıqlarını bildiriblər.

Bu barədə "Irishmirror" nəşri xəbər yayıb. Məlumatda deyilir ki, İrlandiya təmsilçisinin iki futbolçusu – Sin Qannon və Ceymi Makqret Dənizkənarı Parkda olarkən, polis müdaxiləsi ilə qarşılaşıblar.

Futbolçular komandanın yerləşdiyi otelin qarşısında şəkil çəkdirərkən və irlandiyalı jurnalistlərə müsahibə verərkən, bir neçə polis onlara yaxınlaşaraq, işlərinə müdaxilə edib.

Sin Qannon mətbuata açıqlamasında deyib ki, bulvarda gəzərkən polislər gəlib onları bölməyə aparmağa çalışıblar.

"Şəhərdə gəzərkən, bu oğlanlar (polislər) gəldilər. Həmin vaxt irlandiyalı jurnalistlərlə birlikdə idim və ətrafıma baxdım. Kiçik miniatür polis maşını Ceymiyə doğru gedirdi. Ceymi kifayət qədər sakit adamdır, amma onun azarbaycancasının yaxşı olduğunu düşünmürəm.

Futbolçunun sözlərinə görə, polislər onlara ərazidə şəkil çəkdirilməyə icazənin olmadığını bildiriblər.

"Deyəsən, bizi polis bölməsinə aparırdılar. Onlar sadəcə icazəmizin olmadığını dedilər və beş dəqiqə ərzində ətrafımızda 8-9 polis peyda oldu. Nə baş verdiyini bilmirdim. Polislər deyirdilər ki, biz burda şəkilə çəkə bilmərik və bunun üçün icazə almalıyıq. Onlar hamısı telefonla zəng etdilər və biz ordan uzaqlaşmağa çalışdıq. Yenidən otelə qayıtdıq. Tutulmamağımız əla oldu".

Qannon Bakı ilə bağlı öz təəssüratlarını da bölüşüb. Bildirib ki, şəhər gözəl yer kimi görünür: "Dünən uzun gün keçirdik, səyahət etdik və gecə kifayət qədər gec gəldik".

“Qarabağ” İrlandiyada keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun