İraqda terror hücumu nəticəsində bir türk diplomatı öldürülüb

İraqda terror hücumu nəticəsində bir türk diplomatı öldürülüb
18 İyul 2019
Mətni dəyiş

Dünən İraqın Ərbil şəhərində yerli saatla 15:15-də bir restoranda yemək yeyən türk diplomatlara hücum olub. Nəticədə Türkiyənin Ərbil şəhərindəki Baş Konsulluğunun bir işçisi Hasan Karaçay və bir iraqlı ölüb.

Bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hücumun detalları haqda jurnalistlərə açıqlamasında bildirib.

Çavuşoğlu Ərbildəki türk konsulunun köməkçisi Hasan Qaraçayın üç nəfərin hücumu nəticəsində öldürüldüyünü deyib.

Nazir həmçinin restoranda yemək yeyən iki nəfər iraqlının da hədəf alındığını və onlardan birinin öldüyünü bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun