İranlı model açıq paltarda foto çəkdirdiyi üçün həbs təhlükəsi ilə üz-üzə qalıb

İranlı model açıq paltarda foto çəkdirdiyi üçün həbs təhlükəsi ilə üz-üzə qalıb
6 İyul 2019
Mətni dəyiş

İranlı model Negzzia alt paltarlarında fotosessiya etdirdiyi üçün ölkəsini tərk etmək məcburiyyətində qalıb

Bu haqda fransız qəzeti "Le Parisien" xəbər yayıb. Məlumata görə, model Avropaya üz tutub.

Hər şey model Negzzia fotolarını çəkən fotoqraf onun açıq-saçıq şəkillərini polisə təhvil verməsindən sonra başladığı deyilir.

Nəşrin məlumatına görə, 29 yaşlı Negzzia sərt islami qaydaları pozduğu üçün həbsə düşməklə üz-üzə qalıb və təcili İrandan Türkiyəyə qaçıb. Bundan sonra o Fransadan sığınacaq istəyib və Parisə yola düşüb.

Ancaq o Parisdə iş tapa bilməyib, sonuncu pullarını da xərclədikdən sonra evsiz qalıb. Gənc qız şəhərin küçələrində və parklardakı skamyalarda yatmağa məcbur olub.

"Bir dəfə yemək ala bilmək üçün çemodanımı bütün paltarlarımla birgə cəmi 10 avroya satmağa məcbur oldum" - deyə Neggzia "Le Parisien" qəzetinə bildirib.

Negzzia çətin vəziyyətinə baxmayaraq, doğma ölkəsində qadın azadlığına hörmət etməyən qaydaları pozduğuna, konfort zonasından çıxıb uzaqlara getdiyinə görə özüylə fəxr etdiyini deyir.

Model 2018-ci ilin noyabrında Fransaya gələrək dərhal da siyasi sığınacaqla bağlı fransız hökümətinə müraciət edib, ancaq xeyli müddət hökümətdən heç bir cavab ala bilməyib.

Fransız mətbuatı onun problemini işıqlandırdıqdan sonra bu ölkənin daxili işlər naziri Kristof Kastaner modellə əlaqə saxlayıb və onun problemiylə məşğul olacağını deyib.

[embed]https://www.instagram.com/p/BxNmLuuh5_b/[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun