20 İyul 2019
Mətni dəyiş
İran inqilab keşikçiləri ordusu Hörmüz boğazında İngiltərə bayrağı ilə üzrən neftlə yüklü tankeri girov götürüb. İran höküməti açıqlamasında açıqlamasında bildirib ki, beynəlxalq dənizçilik qaydalarına əməl etmədiyi üçün "Stena Impero" adlı ingilis gəmisini ələ keçiriblər. Bu haqda BBC radiosu xəbər yayıb.
Tankerin isveç firması "Stena Bulk"a məxsus olduğu deyilir. İsveç firması tankerin beynəlxalq sularda üzdüyü vaxt çoxlu sayda kiçik qayıq və bir helikopterin onu mühasirəyə aldığını və bundan sonra gəmidə olan 23 nəfərlik heyətlə əlaqənin kəsildiyini bildirib.
Gəminin Birləşmiş Ərəb Əmirliklərindən yola çıxaraq Səudiyyə Ərəbistanına doğru getdiyi də deyilir. İsveç şirkəti mütəmadi olaraq İngiltərə höküməti ilə əlaqədə olduqlarını da bəyan edib.
Xatırladaq ki, bu ayın əvvəli İngiltərəyə aid olan Cəbəllütariq boğazında Suriyadan qeyri-qanuni şəkildə xam neft daşıyan İran tankeri həbs olunmuşdu. Bu hadisədən sonra İranla İngiltərə arasında gərginliklər yaranmışdı. İran öz gəmisinin azad edilməsi üçün İngiltərəyə etiraz notası göndərmişdi.