İrakli Okraşvili Gürcüstanda antirus mitinqləri təşkil etməkdə ittiham olunur

İrakli Okraşvili Gürcüstanda antirus mitinqləri təşkil etməkdə ittiham olunur
27 İyul 2019
Mətni dəyiş
Gürcüstanın keçmiş müdafiə naziri, müxalif “Qalib Gürcüstan” siyasi hərəkatın lideri İrakli Okruaşviliyə qarşı rəsmi ittiham irəli sürülüb. Siyasətçi kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunur. İ.Okruaşvili özünü günahkar hesab etmir. Sabiq nazirin günahı sübuta yetiriləcəyi təqdirdə onu dörd ildən doqquz ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Qeyd edək ki, İ.Okruaşvili iyulun 23-də Tbilisi Şəhər Məhkəməsində istintaqa ifadə verib. Sabiq nazir iyulun 25-də Tbilisidə saxlanılıb. O, iyunun 20-21-də Tbilisidə baş verən hadisələrlə bağlı tutulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun