Hökumət Avropa Məhkəməsinin qərarları üzrə kompensasiyaları niyə ödəmir?

Hökumət Avropa Məhkəməsinin qərarları üzrə kompensasiyaları niyə ödəmir?
2 İyul 2019
Mətni dəyiş

Avropa İnsan Hüquqları Məhkəməsinin (AIHM) qərarları ilə təyin olunmuş kompensasiya hökümət tərəfindən ərizəçilərə ya ödənilmir, ya da hissə-hissə ödənilir.

Bunu Turan-a vəkil Əsabəli Mustafayev bildirib. Onun sözlərinə görə, bu neqativ tendensiya 2017-ci ildən başlayıb və hələ də həllini tapmayıb.

Vəkil qeyd edib ki, 2016-cı ildə hökumət Avropa məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi bir sıra qərarlar üzrə təxminən 25 ərizəçiyə kompensasiyanı hələ də ödəməyib.

"Bu ərizəçilərin bir hissəsinə kompensasiya, ümumiyyətlə, ödənilməyib, bir hissəsinə isə qismən ödənilib", - o deyib. Onun sözlərinə görə, dövlət qurumlarına müraciətlər nəticə vermir.

Vəkil bildirib ki, məsələ ilə bağlı bağlı Avropa Şurası Nazirlər Komitəsinə müraciət edib. "Kompensasiyaların ödənilməsi Avropa Şurasına üzv ölkələrin götürdüyü öhdəliklərdən biridir", - Ə.Mustafayev bildirib.

Milli Şurası Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu məlumatı təsdiqləyərək deyib ki, 2016-cı ildə hökümət kompensasinı ödəməyə başlasa da, bu proses sonradan dayandırılıb.

"Düşünürəm ki, hakimiyyət kompensasiyanı qəsdən ödəmir", - o deyib.

T.Yaqublu deyib ki, kompensasiyanın ödənilməməsilə bağlı dəfələrlə Prezident Administrasiyasına müraciət edib.

"Dəfələrlə Çingiz Əsgərova (Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi - red.) məktub yazmışam, amma cavab yoxdur. Avropa Şurası Nazirlər Komitəsinə müraciət edəcəyəm", - T.Yaqublu bildirib.

Azərbaycan rəsmiləri isə məsələ ilə bildirirlər ki, ölkə hökuməti Avropa məhkəməsinin qərarı üzrə bütün kompensasiyaları ödəyir.

Qeyd edək ki, əgər kompensasiya 3 ay müddətində ödənilmirsə, həmin məbləğin üzərinə faiz gəlir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun