Gürcüstanda xüsusi təyinatlı polisin rəhbəri işindən azad edilib

Gürcüstanda xüsusi təyinatlı polisin rəhbəri işindən azad edilib
4 İyul 2019
Mətni dəyiş
Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstələrinin rəhbəri Georgi Kakiçaşvili 20-21 iyun da Tbilisinin mərkəzində keçirilən mitinqi dağıdarkən zorakılığa yol verildiyi üçün işindən uzaqlaşdırılıb. Bu haqda "Exo Kavkaz" xəbər portalı məlumat yayıb. Gürcüstanda kütləvi etirazlar iyunun 20-də ölkəyə Rusiya Dövlət Dumasının deputatı Serqey Qavrilovun başçılıq etdiyi nümayəndə heyətinin gəlişi üzündən baş vermişdi. Qavrilov Pravoslav Ölkələrinin Parlamentlərarsı iclasına görə Gürcüstan Parlamentində iştirak etmişdi. Rus deputatların Gürcüstan parlamentində iştirakı isə yerli müxalifətin etirazına səbəb olmuşdu. Həmin günün axşamında Tbilisinin Rustaveli prospektində qələbəlik mitinq keçirilmiş və polislə toqquşma baş vermişdi. Polis mitinqçilərə qarşı gözyaşardıcı qaz, rezin güllələrdən istifadə etmişdi. Ölkədə baş vermiş qarşıdurmalar üzündən 240 nəfər zərər çəkmiş, onlar arasında 80 nəfəri polis işçiləri olub. 300-ə yaxın vətəndaş isə həbs olunmuşdu. Keçən həftə Gürcüstanın Baş Prokurorluğu Parlament binasının önündə baş vermiş mitinqin dağıdılması məsələsinə görə cinayət tədqiqatı başladıb. Tədqiqat nəticəsində on nəfər polis işçisi işindən azad olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun