"Gürcüstan neft məhsullarına ehtiyacının 100 faizini xaricdən alır, bu ilin yanvar-iyun aylarında ölkə 494,3 min ton benzin və dizel yanacağı alıb"
Bu haqda Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb. Açıqlamada deyilir ki, Gürcüstan istifadə etdiyi neft mənşəli yanacağın böyük hissəsini Rusiyadan alıb. Bu təqribən 151,8 min ton edir, həmin rəqəm isə ümumi idxalın 30 faizi edir.
Rusiyanın arxasıyca Rumıniya gəlir, bu ölkə Gürcüstanın neft yanacağı ehtiyacının 26,3 faizini təşkil edir.
Azərbaycan isə Gürcüstana son altı ayda cəmi 97 min ton neft məhsulları ixrac edib, bu isə Gürcüstanın daxili ehtiyacının cəmi 19,6 faizini təşkil edir.
İxrac işində Azərbaycandan sonra Bolqarıstan (9,5 faiz), Türkmənistan (8,6 faiz) və Yunanıstan (5,1 faiz) gəlir.
Həmçinin, Gürcüstanın bu il idxal etdiyi benzinin 66 faizi A-91, 31,8 faizi A-95, 1,8 A-98 markalı benzin olduğu bildirilir.