Gürcüstan gələn ildən dünya bazarına elektrik avtomobillər çıxaracaq

Gürcüstan gələn ildən dünya bazarına elektrik avtomobillər çıxaracaq
24 İyul 2019
Mətni dəyiş

Gürcüstan 2020-ci ildən Çinlə birgə istehsal etdiyi ilk elektrikli avtomobilləri dünya bazarına çıxaracaq.

Bu barədə gürcü mətbuatı xəbər yayıb. Gürcüstanın ikinci böyük şəhəri Kutaisi ölkənin ən mühüm sənaye, mədəniyyət və təhsil mərkəzlərindən birinə çevrilir.

Bu şəhərdə Gürcüstan və Cənubi Qafqazın ilk elektrikli maşın fabriki tikilməyə başlayıb. Fabrik Kutaisi şəhərinin ətrafında 100 hektarlıq ərazidə tikilməyə başlanılıb.

Bununla bağlı bir müddət əvvəl bir özəl gürcü şirkəti ilə Çinə məxsus avtomobil şirkəti "Changan" arasında razılıaşma da əldə olunub.

Gürcü hökümətinin dəstəklədiyi bu layihəyə əsasən 2020-ci ildə ilk gürcü-çin istehsalı elektrikli maşınlar satışa çıxarılacaq.

Kutaisi avtomobil şirkəti ildə 40 min elektrikli maşın istehsal etməyi planlaşdırır. Başlanğıc üçün şirkət dörd fərqli modeldə maşın istehsal edəcək. Maşınların yarıya qədəri Gürcüstanın daxili bazarında satışa çıxarılacaq.

Layihənin gürcü partnyorlarından olan "AiGroup" şirkətinin rəhbəri Kaxa Quledani fabrikin Kutaisi və Gürcüstan üçün böyük önəm daşıdığını deyib. "Changan"ın Gürcüstan fabrikinə başlanğıcda 300, sonra isə daha çox işçi işə götürüləcək.

Gürcüstan höküməti isə ölkə iqtisadiyyatı üçün olduqca önəmli olan bu investisiyanın köməkliyi ilə hər il 20 min elektrikli maşın sataraq Avropa bazarına girməyi hədəfləyib.

[caption id="attachment_80225" align="aligncenter" width="619"] Gürcüstanda Changanın istehsal edəcəyi maşınların artıq reklamları yayınlanmağa başlayıb.[/caption]

Gürcüstanın baş naziri Mamuka Baxtadze fabrikin ölkə iqtisadiyyat tarixində yeni bir səhifə açdığını, layihənin minlərlə insanı işlə təmin edəcəyini, Gürcüstanın ixracat potensiyalını artıracağını deyib.

Gürcüstan iqtisadiyyat və inkişaf naziri Natela Turnava isə bildirib ki, bu layihənin unikallığı onun gürcü markası altında ilk elektrik avtomobili istehsalı olmasıdır.

"Gürcüstan ətrafmühitə həssas, yaşıl texnologiyaların tətbiq olunması və elektro-mobillərin istehsalı baxımından regionda öndə getməsidir. Eyni zamanda bu layihə ilə Gürcüstanın avtomobil sənayesinin inkişaf etdirilməsi planlaşdırılır".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun