Tanınmış gürcü cazz müğənnisi Nino Katamadze bundan sonra heç vaxt Rusiyada çıxış etməyəcəyini dilə gətirib. O, bu haqda iyunun 30-da ictimaiyyətə açıqlama yayıb.
Katamadze bildirib ki: "Düyanın hər yerində, həmçinin Rusiyada da həmişə demişəm ki, Rusiya işğalçıdır, Putin mənim ölkəmin düşmənidir, deməli mənim də düşmənimdir".
Nino Katamadze son dəfə Moskvada iyunun 22-də geniş konsert proqramı ilə çıxış etmişdi. O, Tbilisidə iyunun 20-də qızışmağa başlamış etirazlarda iştirak edə bilmədiyi üçün dinləyicilərindən üzr istəmişdi.
"Əzizlərim o gecə sizinlə birlikdə olmadığım üçün və sizi bir güllədən qoruya bilmədiyim üçün üzr istəyirəm. Əgər gücüm olsaydı işğala etiraz edənlərə atılan hər güllənin qarşısında dayanardım".
Xatırladaq ki, Nino Katamadze dünyaca məşhur gürcü cazz müğənnisidir. O, Rusiyada dəfələrlə konsertlər verib, filmlər üçün musiqi çarxları oxuyub, onun Rusiyada geniş pərəstişkar kütləsi var.