Gürcü din adamı arximandrit Kirion gürcü xəbər agentliyi "Gruziya online"a deyib ki, Azərbaycan tərəfi David-Qareci monastr kompleksina daxil olan Udabno monastrının əhatəsinə gedən bütün yolları bağlayıb. O David-Qarecidə indi vəziyyətin çox gərgin olduğunu deyib.
Arximandrit Kirion həmçinin Azərbaycan ərazisinə düşən Udabno monastrının əhatəsinə heç gürcü sərhəddçilərinin belə buraxılmadığını deyib, onun sözlərinə görə gürcü sərhəddçilərinə bu qadağan edilib.
"Bizim sərhəddçilərin sayları da artırılıb, ancaq onlar təpənin dibində dururlar, yuxarıya, monastıra qalxmağa icazələri yoxdur, belə ki, bütün ərazi boyu azərbaycanlı sərhəddçilər dayanır."
Arximandrit Krion gürcü din adamlarının, həmçinin sadə vətəndaşların 2019-cu ilə qədər olan vəziyyətin bərpa edilməsini istədiklərini və əgər monastr Azərbaycan ərazisinə düşürsə belə, oraya gürcülərin buraxılmasını tələb etdiklərini deyib.
Gürcüstan Xarici İşlər Naziri Laşa Darsaliya isə bu gün bəyan edib ki, David-Qareci ilə bağlı ekspertlərin ilk görüşü 19-23 avqust tarixində baş tutacaq.