Fərman Ceyranlı Azərbaycan hökuməti tərəfindən beynəlxalq axtarışa verilib

Fərman Ceyranlı Azərbaycan hökuməti tərəfindən beynəlxalq axtarışa verilib
13 İyul 2019
Mətni dəyiş

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Gürcüstanda fəaliyyət göstərən "Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlını axtarışa verib.

Bu barədə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında açıqlama yayılıb.

Məlumatda bildirilir ki, Ceyranlı Fərman Cahan oğlu 1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib.

Fərman Ceyranlı hazırda Gürcüstanda həbsdədir. O, Gürcüstan Cinayət Məcəlləsi ilə dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunub.

Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürülməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb. Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb.

Fərman Ceyranlı məhkəmədə bildirib ki, onu həbsi Azərbaycandan verilən siyasi sifariş əsasında həyata keçirilib və haqsız yerə cəza alıb. O, bunu Azərbaycan müxalifətinə yaxın olması ilə izah edib.

Gürcüstan Apelyasiya Məhkəməsi dekabrın 20-də Fərman Ceyranlının cəzasını 6 ildən 2 il 3 aya endirib.

F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burada təhsil alıb və işləyib.1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb.

O, bir neçə il əvvəl Gürcüstana gedib. Orda "Lancet” klinikası qurub, hazırda da onun təsisçisi, sahibidir.

Fərman Ceyranlı 2017-ci ötən ilin mayın 22-də həbs edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun