3 İyul 2019
Mətni dəyiş
Ermənistan daha Rusiya qazına görə "Qazprom"un tələb etdiyi qədər pul ödəmək istəmir. Erməni höküməti buna görə "Qazprom"un erməni filialı olan şirkətə təzyiqlər göstərməyə başlayıb. Ekspertlər isə qazın qiymətinin endirilməsinə ehtiyac olmadığını hal-hazırda Ermənistanın ən ucuz qazı aldığını deyir. Erməni rəsmiləri iki ölkə arasındakı qiymətlə bağlı konflikti Vladimir Putinin Ermənistana səfəri dövründə həll etməyi hədəfləyirlər. Bu haqda rus online qəzeti "gazeta.ru" mediası xəbər yayır.
Ermənistanla Rusiya arasında qazın qiyməti ilə bağlı müzakirələr artıq aylardır aparılır, ancaq yeni razılaşmalar hələ də əldə olunmayıb.
Qeyd edək ki, Rusiya 2019-cu ilin 1 yanvarında Ermənistana verilən qazın hər kubmetrinin qiymətini 165 dollardan 150 dollara qaldırmışdı. Ancaq buna baxmayaraq erməni xalqı qaza əvvəlki qədər pul ödəməyə başlayıb. Belə ki, "Qazprom"un erməni xidməti Ermənistana verilən qazın qiymətini qaldırmamaq üçün öz daxilində xərclərini azaltmağa başlayıb, bununçün şirkət Ermənistan boyu yerləşən 13 filyalından 6 minə qədər işçisini işdən azad edib. Bununla belə "Qazprom"un erməni xidməti optimallaşdırma işlərinin belə onların xərclərini ödəmədiyini və qaz tariflərini istənilən halda yüksəltməli olacağını bəyan edib.