Bu gün, iyulun 9-da Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk-ın Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərilə görüşü olub.
Avropa İttifaqının Azərbaycan nümayəndəliyində keçirilən görüşdə Aİ-Azərbaycan münasibətləri, KİV, vətəndaş cəmiyyəti, insan haqları sahəsindəıki proseslər bardə fikir mübadiləsi olub.
Görüşdə "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, vəkil Elçin Sadıqov, Rasional İnkişaf Qadınlar Assosisasiyasının sədri Şəhla İsmayıl, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu milli Platformasının üzvü Zaur Əkbər iştirak ediblər.
Görüş Donald Tuskun Aİ-Azərbaycan münasibətləri ilə bağlı məsələlərin müzakirəsilə bağlı Azərbaycana səfəri çərçivəsində baş tutub.
Avropa İttifaqı "Dünayada insan hüquqları və demokratiya ilə bağlı vəziyyətə dair" illik hesabat yayıb.
Hesabatın Azərbaycana aid hissəsində bildirilir ki, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət hələ də narahatlıq doğurur.
"Fundamental sərbəst toplaşmaq, söz və birləşmək azadlığı və hakimiyyət orqanları tərəfindən opponent və ya opponent hesab edilənlərin təqibi davam edir. Vətəndaş cəmiyyəti üçün kiçildilmiş fəaliyyət dairəsi məhdudlaşdırıcı qanunvericiliklə, o cümlədən xaricdən maliyyələşdirmə üzrə müddəalarla daha da sıxılmışdır", deyə hesabatda qeyd edilir.
Sənəddə həmçinin arbitrar həbsələrə diqqət yetirilir. "Məhkəmə qərarı olmadan tanınmış media internet səhifələri bağlanıb, inzibati göstərişə görə müxbirlərin tutulması və ya saxlanılması halları baş verib. Vəkillər Assosiasiyasının üzvü olmayan vəkillərin məhkəməyə çıxmasını qadağan edən yeni qaydalar ədalət mühakiməsinə əlçatımlığa ciddi şəkildə mane olur. Vəkillər Assosiasiyası İnsan hüquqları (İH) müdafiəçilərinin məhkəmə işlərində fəal olan bəzi vəkillərin lisenziyasını əlindən alıb. Azərbaycan beynəlxalq öhdəliklərinə uyğun olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qaydalarına uyğunluğu artırmalıdır", deyə sənəddə qeyd edilir.