Gürcüstanın Daxili İşlər Nazirliyi öz ölkəsinin vətəndaş fəallarını yaradılmış komissiyanın Gürcüstan və Azərbaycan sərhəddlərinin delimitasiyasını sakit şəraitdə aparmağa imkan vermələrinə səsləyib.
Bu haqda "Gruziya onlayn" gürcü xəbər agentliyi məlumat yayıb.
Gürcüstan Daxili İşlər Nazirliyi bu gün yaydığı bəyanatda bildirib ki, Gürcüstan-Azərbaycan sərhəddindəki David-Qareci monastr kompleksində yerli əhali ilə azərbaycan sərhəddçiləri arasında kiçik insident yaşanıb.
Hadisə yerindən çəkilmiş videoda görünür ki, gürcü vətəndaşları Azərbaycan sərhəddçilərinə hücum edərək silahlarını və güllə daraqlarını əllərindən alır. Lakin insidentdən az sonra vəziyyət nəzarətə alınıb və hal-hazırda hadisə yerində sakitlikdir.
DİN-in məlumatına görə artıq polis hadisə yerində faktları öyrənməyə başlayır.
David-Qareci monastr kompeksində çalışan gürcü bələdçinin sözlərinə görə, yerli əhalinin qəzəblənməsinin səbəbi Azərbaycan sərhəddçilərinin kilsədəki ikonaları icazəsiz çıxarması olub.
https://www.facebook.com/gundelikgurcustan/videos/369063260476837/