31 İyul 2019
Mətni dəyiş
Avqustun 1-dən Kosta Rikanın Bakıdakı səfirliyi bağlanır. Bu xəbəri bu gün KİV diplomatik mənbələrə istinadla yayıb.
Azərbaycan XİN-in mətbuat xidməti bunun səbəbini açıqlamır, səfirlik özü də heç bir bəyanat yaymayıb.
Maraqlıdır ki, Kosta-Rikanın Azərbaycandakı səfirliyi 2017-ci ilin noyabrında bu ölkənin XİN başçısının iştirakı ilə açılıb.
Bundan əvvəl Norveç də Bakıdakı səfirliyini bağlayıb, səfirliyi Tbilisiyə köçürüb.