Çində hökümətin yaydığı hesabata görə Şərqi Türkistan Muxtar Vilayətində yaşayan uyğur xalqının türk kökündən gəldiyini demək yalandır və uyğurlar türkçü və islamçı qrupların "siyasi oyuncağına" çevrilib.
Çin Kommunist Partiyasına bağlı olan Dövlət İnformasiya agentliyi bazar günü yayımladığı sənəddə ölkənin şimal qərbində yerləşən Sincan bölgəsinin tarix boyu "radikal qrupların cəhdlərinə baxmayaraq Çinin ayrılmaq bir parçası" olduğu deyilir.
Hesabatda iddia olunur ki, islam dini uyğurlar tək dini deyil və bölgə üçün xarekterik sayılmır. Sənəddə deyilir ki "İslam ərəb imperiyasının tərəfindən yayılmış və zorla qəbul etdiyilmiş bir dindir və bu dinə əsaslanaraq radikalizmə can atmaq xəyanət, qarşısı alınılmalı bir ünsürdür".
[caption id="attachment_79852" align="aligncenter" width="1600"] Uyğurların saxlandıqları kütləvi kamplardan biri[/caption]Sənəddə Çinin içində və xaricindəki radikal qüvvələrin ifrat dini və terrorçu düşmən güclərin Çini bölməyə, tarixdən və həqiqətlərdən uzaq salmağa çalışdığı da iddia olunur. Sənəd müəlliflərinin fikrincə islam və türkçülük tezliklə çin xalqı tərəfindən bir kənara atılacaq.
Rəsmi Pekinin son dövrlər "peşə təhsili" adı ilə qurduğu konsentrasiya düşərgələrində uyğur, qazax və müsəlman olan digər etnik azlıqlara təzyiqlər göstərməsi beynəlxalq aləm tərəfindən tez-tez qınanır. Deyilən düşərgələrdə bir milyondan çox uyğurun saxlanıldığı təxmin edilir.
Çin həmin düşərgələrin bir neçəsini beynəlxalq mətbuat üzvlərinin üzünə açsa da, insan haqqları fəallarının dediklərinə görə belə düşərgələrdə çoxlu sayda insan hüququları pozuntuları qeydə alınır.
ABŞ Xarici İşlər Naziri Mayk Pompeyo Çinin Sincan-Uyğur Muxtar Vilayətində yaşayan müsəlmanlara tətbiq etdiyi əzici siyasətdən danışarkən bu siyasəti "yüzilin qara ləkəsi" adlandırmışdı.